Biləsuvarda və Qusarda ev yanıb
01 may 2016 14:23 (UTC +04:00)

Biləsuvarda və Qusarda ev yanıb

0

Biləsuvar şəhərində yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan yardımçı tikilinin içərisinə yığılmış 2 kub.m taxta materialları yanıb. Yardımçı tikili yanğından mühafizə olunub. Yanğın saat 12:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

Bunda başqa Qusar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 8 otaqlı evin zirzəmisində kombi cihazı yanıb. Zirzəmi və ev yanğından mühafizə olunub. Yanğın saat 12:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 313

Oxşar yazılar