Bakıda qadın küçədə dünyasını dəyişib.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Sumqayıt şosesinin 5-ci kilometrliyində Biləcəri qəsəbəsində qeydə alınıb.
Abşeron rayon sakini, 1951-ci il təvəllüdlü Dostuxanım Xeybər qızı Bağırova avtomobil dayanacağında ürək çatışmazlığından ölüb.