Bıçaqla hədələyərək quldurluq edən 4 nəfər tutulub
16 aprel 2016 17:47 (UTC +04:00)

Bıçaqla hədələyərək quldurluq edən 4 nəfər tutulub

0

Aprelin 14-də Ağdam rayonunun Sarıcalı kəndində şəxsiyyəti məlum olmayan 4 nəfər Beyləqan rayon sakinləri Q.Məmmədovu, E.Hüseynovu, A.Şükürovu və K.Mirzəlini zorla “Niva” və “Nissan” markalı avtomobillərə oturdaraq Tərtər rayonunun Qəzyan kəndinə aparıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, orada bıçaqla hədələyərək onlardan 264 manat pul və mobil telefonlarını alıb hadisə yerini tərk ediblər.

 

 

Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağdam rayon sakinləri Pərviz Kərimov, Ülvi Rüstəmov, Ağasəf Abdullayev və Sadiq Vəliyev tutulublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 341

Oxşar yazılar