Beyləqanda yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Beyləqan rayonu, Beyləqan-Bəhramtəpə yolunun 25-ci kilometrliyində vətəndaşa məxsus "Mercedes" markalı yük avtomobilinin banı və banına karton taralarda yığılmış cücələr yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.