Beyləqanda yarımstansiyada yanğın olub
26 sentyabr 2013 06:55 (UTC +04:00)

Beyləqanda yarımstansiyada yanğın olub

Beyləqan rayonunda yarımstansiyada yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə rayon mərkəzindən 21 km aralıda yerləşən Dünyamalılar kəndində baş verib.

 

Nəticədə gücü 35/10 kVt olan yarımstansiya, gücü 4 mVt olan transformatorun yanar hissələri və yağ açarı yanıb.

 

Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub. 

# 599
avatar

Oxşar yazılar