Beyləqan rayonu, Milabad kəndində (rayon mərkəzindən 18 km aralı) ümumi sahəsi 25 kv.m olan birmərtəbəli inzibati binada yanğın olub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı evin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Seyf və qiymətli kağızlar yanğından mühafizə olunub. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.