Beyləqanda və Qəbələdə vətəndaşa məxsus evlərdə yanğın hadisəsi baş verib.
Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Beyləqan şəhərində vətəndaşa məxsus ikimərtəbəli ümumi sahəsi 1600 kv.m olan məişət evinin birinci mərtəbəsində yerləşən sahəsi 120 kv.m olan saunanın lambir üzlüyü və içərisində olan əşyalar 60 kv.m sahədə yanmışdır. Saunanın qalan hissəsi və məişət evi yanğından mühafizə olunub.
Qəbələ rayonu, Aydınqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 180 kv.m və ev əşyaları 140 kv.m sahədə yanıb. Evin qalan hissəsi və evə bitişik talvar yanğından mühafizə olunub.