Beyləqan sakininin güllələnərək öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb
12 iyun 2019 16:55 (UTC +04:00)

Beyləqan sakininin güllələnərək öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Beyləqan sakininin güllələnərək öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
 
Beyləqan rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Ağayev Ramil Sakit oğlu şəxsi münasibətlər zəminində həmyerlisi Məmişov Elmir Əliyar oğlunu tək lüləli ov tüfəngi ilə bir dəfə atəş açaraq qətlə yetirib.
 
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub və istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682

Oxşar yazılar