Bəy toyunda polis çağırdı, gəlmədi...
18 oktyabr 2013 16:24 (UTC +04:00)

Bəy toyunda polis çağırdı, gəlmədi...

Türkiyədə kuryoz olay yaşanıb.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Muğlada yaşayan 27 yaşlı Ramazan Çomak Marmarisdə tanış olub sevdiyi 21 yaşlı Yeliz Çomak ilə evlənməyə qərar verib.

 

Muğlada gəlini avtomobili ilə gözəllik salonundan götürən Ramazan Çolak toy mərasiminin olduğu məkana yola düşüb. Yolda gəlin maşınının qarşısı  bəydən bəxşiş almaq istəyən uşaqlar tərəfindən kəsilib. Ramazan Çolak bir neçə uşağa içində pul olan zərf verib, ancaq uşaqlar bəxşişi az sayaraq hərəkət edən gəlin maşınının arxasınca düşüblər. Bəy uşaqlardan canını qurtara bilməyəcəyini anlayıb, polisə zəng açıb, yardım istəyib. Növbətçi polis əməkdaşı isə Ramazan Çolakın müraciəti qarşısında çaşqın duruma düşüb, daha sonra isə bəyə bildirib ki, gəlin maşınının qarşısını kəsərək bəxşiş istəmək cinayət deyil. Ramazan Çolak isə polisdən bir imdad olmadığını görüb, yenidən uşaqlara pul paylayaraq canını qurtarıb...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2089
avatar

Oxşar yazılar