Beş yaşlı uşaq intihar etdi
20 mart 2016 01:40 (UTC +04:00)

Beş yaşlı uşaq intihar etdi

İstintaq Komitəsi Moskvada beş yaşlı uşağın ölümündən sonra Rusiya Cinayət Məcəlləsinin 110-cu maddəsi üzrə (İntihar həddinə çatdırılma) cinayət işi açıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə İdarəsinin saytında dərc edilmiş məlumatda bildirilir.

 

“İstintaqın versiyasına əsasən, martın 19-u axşam saatlarında Moskvanın Rublyovskoye  şosesi boyu yerləşən binaların birinin qarşısında  2010-cu il təvəllüdlü oğlan uşağının üzərində xarakterik xəsarətlərin olduğu meyiti aşkarlanıb”, - deyə  məlumatda bildirilir. Məlumata görə, uşağın meyiti valideynləri tərəfindən tapılıb.  

 

Polis uşağın ölümü ilə bağlı araşdırma aparır.

 

Hadisənin təfərrüatları açıqlanmır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar