Ağır qəzada ölən və yaralananların kimliyi məlum oldu - <span style="color:red;">YENİLƏNİB
18 aprel 2016 01:09 (UTC +04:00)

Ağır qəzada ölən və yaralananların kimliyi məlum oldu - YENİLƏNİB

0

Bərdədə baş verən yol nəqliyyat qəzasında ölən və xəsarət alanların kimlikləri məlum olub.

 

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində 1933-cü il təvəllüdlü Qurbanova Humay Salman qızı ölüb.

 

Avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Qurbanov Qəhrəman Bəhmən oğlu, sərnişinlər 1977-ci il təvəllüdlü Qurbanova Həmayə Gəncəli qızı, 2015-ci il təvəllüdlü Qurbanova Münəvvər Qəhrəman qızı xəsarət alıblar.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

 

Bərdədə 4 nəfərin ağır yaralanması ilə nəticələnən avtoqəza qeydə alınıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə,hadisə Bərdə - Yevlax magistral yolunu Bərdəni Şörəlli kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata əsasən, avtomobil yolu ikiyə ayıran dəmir lövhəyə çırpılıb. Zərbənin gücündən avtomobildə olan 2 qadın, 1 uşaq və sürücü ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə rayon xəstəxanasına yerləşdiriliblər. Yaralıların kimliyi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 589

Oxşar yazılar