Bu gecə Bərdə rayonu, Əmirli kəndində vətəndaşa məxsus ümumi sahəsi 143 kv.m olan birmərtəbəli 4 otaqlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 119 kv.m sahədə yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.