Bayram günlərində daha bir qəza
21 mart 2016 20:05 (UTC +04:00)

Bayram günlərində daha bir qəza

0

Bərdədə zəncirvari qəza baş verib.

 

APA-nın Qarabağ müxbirinin xəbərinə görə rayonun Qaradəmirçi kəndi ərazisində baş verən qəzada 3 minik avtomobili və 1 mikroavtobus toqquşub.

 

Nəticədə “Mercedes” markalı minik avtomobilinin sürücüsü 20 yaşlı Qurbanov  Pərviz və  sərnişini 22 yaşlı Ceyhun Bağırov, mikroavtobusun sürücüsü Mübariz Alışanov müxtəlif bədən xəsarəti ilə Bərdə Mərkəzi  Rayon Xəstəxanasına yerləşdiriliblər. Digər “VAZ- 2106” və “Opel” markalı minik avtomobillərinə ziyan dəysə də, sürücü və sərnişinlər xəsarət almayıb.

 

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 343

Oxşar yazılar