Bayram günləri yol qəzalarında 22 nəfər ölüb
29 mart 2015 11:45 (UTC +04:00)

Bayram günləri yol qəzalarında 22 nəfər ölüb

 

Bayram günləri ölkə ərazisində baş verən yol qəzalarının statistikası açıqlanıb.


 

Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, mart ayının 20-dən 29-a qədər ölkə ərazisində 92 yol qəzası baş verib. Nəticədə 22 nəfər ölüb, 135 nəfər xəsarət alıb.

 

K. Əliyev baş verən qəzaların 36-nın paytaxt ərazisində qeydə alındığını bildirib. Nəticədə 11 nəfər ölüb, 59 nəfər xəsarət alıb.

 

Ötən il müvafiq dövrü ilə müqayisədə bu il bayram günlərində baş verən yol qəzalarında ölü sayı 50%-dən çox azalıb.

 

Baş verən qəzaların 30-u piyadaların vurulması ilə nəticələnib. Qəzalar zamanı 7 piyada ölüb, 24-ü xəsarət alıb.

 

Hesabat dövründə avtonəqliyyat vasitələrinin aşması ilə nəticələnən 11 yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

 

Bayram günlərində nəqliyyat vasitəsinin maneəyə vurulması ilə nəticələnən 8 yol qəzasında 2 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 94
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10