BAXCP Çanaqqala zəfərini qeyd edəcək
30 mart 2015 13:36 (UTC +04:00)

BAXCP Çanaqqala zəfərini qeyd edəcək

 

 

Martın 30-da Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.  Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari müzakirə olunub.

 

BAXCP İdarə Heyəti  ictimai-siyasi vəziyyətin müzakirəsi zamanı aprelin 24-də, saat 11:00-da Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad olunması zamanı həlak olan türk əsgər və zabitlərin xatirəsinə ucaldılmış abidəni ziyarət - Xilaskar Türk Əsgərlərinin  Anım Gününü qeyd etmək barədə qərar qəbul edib.

 

BAXCP İdarə Heyəti bu il həm də Çanaqqala zəfərinin 100 illiyi olduğu üçün siyasi təşkilatları, ictimaiyyət nümayəndələrini bu tədbirə qatılmağa dəvət edib.

 

Partiyanın mətbuat xidmətindən bildirilib ki, 2007-ci ildən etibarən BAXCP hər il aprelin 24-nü Xilaskar Türk Əsgərlərinin Anım Günü kimi qeyd edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 108
avatar

Oxşar yazılar