Lent.az Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameralarında qeydə alınan yol qəzalarının növbəti görüntülərini təqdim edir. Babək prospektindəki körpünün altında baş verən birinci yol qəzasında sürət həddinin aşılması və sağdan hərəkət edən nəqliyyat vasitəsinə yol verməmək göz qabağındadır. Nobel prospektində, "Nargilə" kafesinin qarşısında qeydə alınan növbəti yol qəzasında isə sağdan hərəkət edən qara rəngli minik maşının qayda pozaraq qırmızı işıqdan keçməyi bir yana, həm də digər nəqliyyat vasitələrini gözləmədən onların yoluna çıxması ağır qəzaya səbəb olur.
Sonuncu yol qəzasında isə iki "VAZ-2107" markalı avtomobil toqquşur ki, burada da başqasının yoluna çıxmağın nəticəsini qeyd etmək lazımdır. Hər halda, başqasının yoluna çıxarkən onun üstünlüyə malik olduğunu nəzərə almaq lazımdır. Belə vəziyyətdə hər sürücü qarşısındakına yol vermir. Çünki yol verməyə borclu da deyil.