Baş Polis İdarəsi dəhşətli qəza ilə bağlı məlumat yaydı
11 dekabr 2014 11:46 (UTC +04:00)

Baş Polis İdarəsi dəhşətli qəza ilə bağlı məlumat yaydı

0

Bakı şəhər Baş Polis İdarəsi paytaxtda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. İdarəıdən Lent.az-a verilənməlumatda bildirilir ki, dekabrın 10-da saat 18:40 radələrində, Türkan qəsəbəsində 1966-cı il təvəllüdlü Safətdin Həciyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarında dayanan Babək rayon sakini 1977-ci il təvəllüdlü Hafiz Allahverdiyevə məxsus “Maz” markalı avtomobilə arxadan vurub. Avtoqəza nəticəsində S.Həciyev, sərnişinləri - Qazax rayon sakini, 1977-ci il təvəllüdlü Qüdrət İsgəndərov, Balakən rayon sakini, 1993-cü il təvəllüdlü Cəlal İbiyev hadisə yerində ölüb. Digər sərnişini Balakən rayon sakini, 1993-cü il təvəllüdlü Vüqar Hüseynov xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Xəzər RPİ 1-ci PB-də araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 905

Oxşar yazılar