Baləkəndə Gürcüstan vətəndaşı olan biznesmənin evindən oğurluq edən şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Balakən şəhərində yaşayan Gürcüstan vətəndaşı Habil Xəlilovun evinə nəfəslikdən girmiş şəxsiyyəti məlum olmayan 3 nəfər tapança və elektroşok ilə hədələyərək pul və qızıl əşyaları tələb etmiş, səs-küy yarandığından hadisə yerini tərk ediblər.
Balakən rayon polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Gürcüstan vətəndaşı Ceyhun Bayramov tutulub.
Faktla bağlı araşdırma aparılır.