Balakəndə 2 avtomobil toqquşdu: 3 yaralı
29 noyabr 2014 09:55 (UTC +04:00)

Balakəndə 2 avtomobil toqquşdu: 3 yaralı

Balakəndə baş verən yol qəzasında üç nəfər xəsarət alıb. Balakən rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Balakən-Şanbul avtomobil yolunda baş verib. 1948-ci il təvəllüdlü, Balakən rayonu, Şanbul kənd sakini Kamil Məhəmməd oğlu Labazanovun idarə etdiyi “Mercedes” markalı avtomobillə 1978-ci il təvəllüdlü, həmkəndlisi Ömər Məhəmməd oğlu Tunabasovun idarə etdiyi “Mitshubishi” toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri və Ömər Tunabasovun sərnişini, 1981-ci il təvəllüdlü Rafiq Mamed oğlu Nuxasov müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəstəxanadan APA TV-yə bildirilib ki, yaralılardan Kamil Labazanov xəstəxananın reanimasiya şöbəsinə, Ömər Tunabasov və Rafiq Nuxasov isə cərrahiyə şöbəsinə yerləşdiriliblər.

 

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535
avatar

Oxşar yazılar