Bakıya külli miqdarda at əti gətirilib - <span style="color:red;">CİNAYƏT
07 aprel 2016 16:58 (UTC +04:00)

Bakıya külli miqdarda at əti gətirilib - CİNAYƏT

İnsan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar  aparılan tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları əməliyyat məlumatları əsasında martın 31-dən aprelin 1-nə keçən gecə Qaradağ rayonu ərazisində olan Dövlət Yol Polisi postunda Süleymanov Faiq Qərib oğluna məxsus avtomobili saxlayıblar. Avtomobilə baxış keçirilən zaman mənşəyinə və keyfiyyətinə dair heç bir baytarlıq sənədi olmayan 700 kq-a yaxın heyvan cəmdəklərinin olması müəyyən edilib.

 

Lent.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, cəmdəklərin qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək bakterioloji, biokimyəvi müayinələr üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

 

Respublika Baytarlıq Laboratoriyasının ekspertizasına əsasən yoxlanılan 17 (on yeddi) nümunə heyvan ətinin hamısının at əti olması müəyyən edilib. Aparılan bakterioloji müayinə zamanı nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə 17(on yeddi) nümunə ətin keyfiyyətsiz olduğu müəyyən edilib. Həmçinin  ət nümunələrinin baytarlıq-sanitariya cəhətdən tamamilə yararsız olması müəyyənləşdirilib. 

 

Ətin qida üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq, onların zərərsizləşdirilməsinə dair qərar verilib.

 

Qərara uyğun olaraq, heyvan cəmdəkləri aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər mütəmadi olaraq davam etdiriləcək. İnsanların sağlamlığına təhlükə yaradan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı heç kəsə güzəşt edilmədən alınacaq. Belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər isə inzibati qaydada cəzalandırılacaqlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Oxşar yazılar