Bakıya gətirilən 1 ton at əti yolda tutuldu
01 fevral 2016 13:11 (UTC +04:00)

Bakıya gətirilən 1 ton at əti yolda tutuldu

0

Ağcabədi rayon sakininin avtomobilində at əti aşkarlanıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 24-də Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki stasionar postunda Ağcabədi rayon sakini Nofəl Yusifovun idarə etdiyi “Ford” markalı avtomobil saxlanılıb. Baxış zamanı avtomobildə olan 1 ton 100 kiloqram at əti aşkar edilərək götürülüb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 261

Oxşar yazılar