Bakının mərkəzindəki mağazadan 35600 manat oğurladı
09 yanvar 2016 13:39 (UTC +04:00)

Bakının mərkəzindəki mağazadan 35600 manat oğurladı

0

Bakıda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 4-nə keçən gecə Nəsimi rayonu ərazisində yerləşən, paytaxt sakini Yusif Əhmədova məxsus mağazadan açar seçmək yolu ilə 35600 manat oğurlanıb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Məmmədzadə tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 451

Oxşar yazılar