Bakıda üçmərtəbəli evdə yanğın olub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nəsimi rayonunda ümumi sahəsi 126 kv.m olan üçmərtəbəli 5 otaqlı evin mətbəxində soyuducu və şkaf 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.