Bakıda soyğunçuluq etmiş qrupun üzvü tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Səbinə Əhmədovaya məxsus mobil telefonu soyğunçuluq yolu ilə almış qrupun digər üzvü - əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Aslan Abasov yaxalanıb.
Araşdırmalar davam etdirilir.