Bakının mərkəzində maşınla qadını vurub qaçdılar
20 aprel 2016 12:03 (UTC +04:00)

Bakının mərkəzində maşınla qadını vurub qaçdılar

0

Bakıda naməlum avtomobil piyadanı vuraraq uzaqlaşıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 19-da saat 01 radələrində Səbail rayonunun Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Ruhiyyə Məmmədova vurulub. O, xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 263

Oxşar yazılar