Bakının mərkəzində ilanlar peyda oldu
30 may 2015 02:01 (UTC +04:00)

Bakının mərkəzində ilanlar peyda oldu

0

Payatxtın Səbail rayonunda, düz şəhərin mərkəzində  sakinlər ilan təhlükəsi ilə üz-üzə qalıb. Bir həftədir ki, ard-arda ilan hücumu mənzil sahiblərinə aman vermir. 7 ilan öldürən sakinlər şəhərin mərkəzinə onların necə gəlib çıxmasını düşünür.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, havaların istiləşməsi şəhərin mərkəzində ilanların üzə çıxmasına səbəb olub. Səbail rayonu Mehdi Hüseyn döngə1, ev 3-ü sakinləri ötən gün küçələrində iki ilanı birdən görüblər. İlanlar insanlara hücum etməyə fürsət tapmamış sakinlər onları öldürüblər.

 

Şikayətçilər deyir ki, illərdir burada yaşayırlar, bu kimi halla ilk dəfədir ki, qarşılaşırlar. Artıq bir həftənin içində 7 ilan öldürüblər. Sakinlərin ilanların 100 ildən çox yaşı olan binanın zirzəmisni özlərinə məskən seçdiyini iddia edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 191

Oxşar yazılar