Bakıda çay evində əxlaqsızlıq yuvası aşkarlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisindəki “New Life” çay evində Xaçmaz rayon sakini Heybət Nemətovun gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.