Dekabrın 9-da səhər saatlarında Ə.Əliyev küçəsində Səidə Musayevaya məxsus mənzildən, qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumatına görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Səbinə Rəhimova həbs edilib.
S.Rəhimova ətrafında araşdırmalar aparılır.