Noyabrın 11-də Bakıda itkin düşən şəxs 1 həftə sonra tapılıb. 8-ci Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-dən itkin düşmüş şəxs kimi axtarışa verilən ruhi-əsəb xəstəsi, 1970-ci il təvəllüdlü Şükürov Mehman Nuru oğlu tapılıb. O, ailəsinə təhvil verilib.
Araşdırma aparılır.