Bakıda yolu keçən piyadanı maşın vurdu
15 aprel 2019 11:25 (UTC +04:00)

Bakıda yolu keçən piyadanı maşın vurdu

0
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.
 
ONA-nın məlumatına görə, hadisə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığındakı Badi-Səba şadlıq sarayının qarşısında qeydə alınıb. 
 
1993-cü il təvəllüdlü Məşədiyev Məhəmməd Ağabala oğlunun idarə etdiyi “Runa” markalı avtomobil yolu keçən piyada Bakı şəhər sakini Ziyafət Bünyadovu vurub. Nəticədə Z.Bünyadov kəllə-beyin travması ilə 1 saylı kliniki tibbi mərkəzinə yerləşdirilib.
 
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1178

Oxşar yazılar