İstirahət günləri Bakıda baş vermiş yol qəzalarında 4 nəfər ölüb. Lent.az-ın məlumatına görə, şənbə günü paytaxtda baş vermiş 3 yol qəzası nəticəsində 3 nəfər dünyasını dəyişib. Hər üç hadisədə piyadalar vurulub. Suraxanı rayonunda iki piyada qadın, Xətai rayonunda isə 39 yaşlı polis əməkdaşı avtomobil zərbəsi nəticəsində ölüb.
Bazar günü isə paytaxtda 4 yol qəzası qeydə alınıb. Nəticədə 1 nəfər ölüb, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölümlə nəticələnən qəza paytaxtın Yasamal rayonunda qeydə alınıb.