Bakıda yeznəsini öldürən həbs edildi
Paytaxtın Sabunçu rayonunda yeznəsini qətlə yetirməkdə şübhəli bilinən şəxs təslim olub və cinayətdə istifadə etdiyi tüfəngi təhvil verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 14-də saat 1 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Şərur rayon sakini, 47 yaşlı Ramiz Məmmədovun qırma yarası ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun rolis və rrokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə ağır cinayətin R.Məmmədovun qaynı, Siyəzən rayon sakini R.Şirinov tərəfindən törədilməsi müəyyən edilib.
Əməliyyat-axtarış və rrofilaktik tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Şirinov könüllü olaraq 12-ci Polis Şöbəsinə gələrək istintaqa təslim olmuş və cinayəti törədərkən istifadə etdiyi “Vinçester” markalı tüfəngi təhvil verib.
521