Bakıda yeni doğulmuş uşağı küçəyə atıblar. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 11-də paytaxtın Nizami rayonunun R.Rüstəmov küçəsində yeni doğulmuş oğlan uşağı tapılıb və o, Q.Qarayev adına 2 saylı Uşaq Xəstəxanasına təhvil verilib.
Araşdırmalar aparılır.