Ötən gecə Bakı şəhərində yaşayış evində yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd soyuducu, yataq dəsti 2 kv.m sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.