Bakıda yaşayış binasında yanğın oldu
09 aprel 2016 00:11 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın oldu

0

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış 15 ədəd elektrik sayğacı və 2-ci mərtəbədə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin döşəməsi 2 kv.m sahədə yanıb.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar