Gəncənin Kəpəz rayonunda yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 44 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 12 kv.m sahədə və evə bitişik ümumi sahəsi 6 kv.m olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Daha bir yanğın Bakı şəhəri, Suraxanı rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 204 kv.m olan birmərtəbəli 7 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.