Bakıda traktoru daşıyan evakuator aşdı
20 avqust 2016 03:13 (UTC +04:00)

Bakıda traktoru daşıyan evakuator aşdı

0

Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında avtomobil qəzası baş verib.

 

Lent.az-ın "report"-a istinadən xəbərinə görə, MAN markalı "90-JV-865" dövlət qeydiyyat nişanlı evakuator dönmə əməliyyatını yerinə yetirərkən üzərində olan tırtıllı traktor aşıb.

 

Hadisə şahidləri MAN-ın yüksək sürətlə dönmə manevri etdiyini, bu zaman traktorun tırtılının qırıldığını və nəticədə onun yerə düşdüyünü bildiriblər.

 

Qəza nəticəsində xəsarət alan olmasa da, yol təsərrüfatına ziyan dəyib. Həmçinin yol-hərəkəti nişanları yararsız vəziyyətə düşüb.

 

Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və "Azəravtoyol" ASC-nin əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar