Bakıda törədilmiş qətlin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nərimanov RPİ Cinayət Axtarış Şöbəsi 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 20-də gecə saatlarında Z.Bünyadov prospektində Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Ramil Əliyevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Elməddin Abbasov müəyyən edilib. E.Abbasov saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.