Bakıda ticarət mərkəzinə "bomba qoymuş" şəxsi axtarırlar
11 iyun 2017 22:34 (UTC +04:00)

Bakıda ticarət mərkəzinə "bomba qoymuş" şəxsi axtarırlar

0

Bu gün Bakıdakı "Metropark" ticarət mərkəzinin ərazisinə giriş başlanıb və oradakı şəxslər təxliyə olunublar. Səbəb isə binaya partlayıcı qurğu yerləşdirilməsi barədə zəng olub.

Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, anonim zəng bu gün 18.00 radələrində şəhərdəki taksofonların birindən edilib. Ərazini yoxlayan mütəxəssislər şübhəli heç nə aşkar etməyiblər. Hazırda "telefon terrorçusu"nun axtarışları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 271

Oxşar yazılar