Bakıda ticarət mərkəzindən xeyli qızıl oğurlayan qadın tutuldu
17 mart 2016 14:17 (UTC +04:00)

Bakıda ticarət mərkəzindən xeyli qızıl oğurlayan qadın tutuldu

0

Bakıda oğurluq etmiş Yevlax rayon sakini tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 1-dən 12-dək olan müddətdə paytaxtın Nizami rayonu ərazisindəki ticarət mərkəzlərindən birində, orada işləyənlər - Bakı şəhər sakinləri H.Əlizadəyə, R.Xəlilovaya və A.Ağazadəyə məxsus qızıl əşyalar oğurlanıb. Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Aygün Şahsuvarova tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar