Bakıda təkər oğurlayan şəxsin başqa cinayəti üzə çıxdı
16 aprel 2015 11:36 (UTC +04:00)

Bakıda təkər oğurlayan şəxsin başqa cinayəti üzə çıxdı

0

Bakıda oğurluq edən şəxsin digər cinayəti də üzə çıxıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də Rusif Tağıyevə məxsus “Mercedes” markalı avtomobilin təkərlərini oğurlamış Bakı şəhər sakini Nemət Məmmədov tutulub. Aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 12-də Tələt Quliyevə məxsus təkər təmiri sexindən 6 ədəd disklə birlikdə avtomobil təkəri və mobil telefon oğurlaması da müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 207

Oxşar yazılar