Bakı sakinindən silah götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Nəriman Əliyevdən “Makarov” markalı tapança, 5 ədəd patron və 3,270 qram heroin götürülüb.
Araşdırma aparılır.