Bakıda taksi sürücüsünə hücum edildi
30 mart 2015 07:28 (UTC +04:00)

Bakıda taksi sürücüsünə hücum edildi

APA-nın məlumatına görə, 53 yaşlı İntiqam Ağayev "20 Yanvar" metro stansiyasının ərazisində "Hyundai" markalı avtomobili ilə taksi fəaliyyəti göstərən zaman iki nəfərin hücumuna məruz qalıb.  İntiqam Ağayevin maşınına müştəri qismində əyləşən iki nəfər onları Abşeron rayonunda "At yalı" deyilən yerə aparmasını xahiş ediblər. Deyilən əraziyə çatanda müştərilər taksi sürücüsünə qarşı zor tətbiq ediblər. Əl nahiyəsindən bıçaq xəsarəti alan İntiqam Ağayevin daha sonra əl-qolu bağlanaraq maşının yük yerinə qoyulub.

 

Bundan sonra avtomobilin sükanı arxasına keçən cinayətkarlar sürücünü yoldan kənara ataraq maşınla birlikdə hadisə yerindən uzaqlaşıblar. Sürücü yaxınlıqdan keçənlərin köməkliyi ilə hadisə barədə polisə və ailə üzvlərinə məlumat verib.

 

Qeyd edək ki, qaçırılan maşında İntiqam Ağayevin iki ədəd mobil telefonu və şəxsi sənədləri olub. Hazırda sürücüyə xəsarət yetirərək maşınını qaçıran şəxslərin axtarışı davam etdirilir. Zərərçəkənə məxsus "90 SL 602" dövlət nömrə nişanlı  "Hyundai Elentra" maşınını görənlərdən Daxili İşlər Nazirliyinin 102 "qaynar xətt"inə məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar