Bakıda maşın yanıb. APA-nın məlumatına görə, hadisə paytaxtın Babək prospektində qeydə alınıb. Hərəkətdə olan 90 LA 622 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobildə qəfil yanğın baş verib. Yanğınsöndürən balonla maşının mühərrik hissəsindəki alova müdaxilə edə bilməyən sürücü Fövqəladə Hallar Nazirliyinin (FHN) "112 zəng mərkəzi"nə zəng vuraraq kömək istəyib. Dərhal hadisə yerinə gələn nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları alovun avtomobilin salon hissəsinə keçməsinin qarşısını alıblar.
Hadisə zamanı sürücü xəsarət almasa da, avtomobilə xeyli ziyan dəyib. Məlumata görə, sürücü avtomobili yenicə alıbmış. Sənədləşdirmə prosesini həyata keçirib evə qayıdarkən maşın qəfil alovlanıb.
Faktla bağlı araşdırma aparılır.