Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən oğurluğa cəhd göstərdiklərinə görə tutulmuş iki nəfərin silsilə cinayətlər törətməsi məlum olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Zöhrab Şirinovun və Gürcüstan vətəndaşı Aleksandr Feradzenin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların cari il iyunun 25-də İlqar Məmmədovun evindən 8500 manat pul və qızıl əşyaları, avqustun 21-də Rəsul Hüseynovun evindən 1000 manat, 2800 dollar pul, 2 ədəd noutbuk, 1 ədəd mobil telefon, avqustun 28-də Nazim Gözəlovun evindən 8000 manat pul, qızıl əşyaları, sentyabrın 19-da Vahid Nağıyevin evindən 2200 manat pul, 1 ədəd qızıl sırğa və 1 ədəd fotoaparat, sentyabrın 20-də Nicat Əliyevin evindən qızıl əşyaları oğurlamaları da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.