Silahla vətəndaşları hədələyib pul tələb edən şəxs gömrükdə saxlanılıb
26 yanvar 2016 16:18 (UTC +04:00)

Silahla vətəndaşları hədələyib pul tələb edən şəxs gömrükdə saxlanılıb

 

Bakıda silahla hədələyib pul tələb edən şəxs gömrükdə saxlanılıb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə axtarışda olan İbad Muxtar yanvarın 12-də Qobustan qəsəbə sakini Mürsəl Hüseynovu tüfənglə hədələyərək pul verməsini istəyib, lakin istədiyinə nail ola bilmədiyindən hadisə yerini tərk edib. O, Qazax rayonu ərazisindəki “Şıxlı” gömrük postunda saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 271

Oxşar yazılar