Bakı şəhər sakini K.Mikayılovaya bıçaqla xəsarət yetirdikdən sonra Ağsu rayon sakini F.Abuşov intihara cəhd göstərib.
Daxili İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, iyunun 7-də saat 11 radələrində Səbail rayonunun A.İsmayılov küçəsində Ağsu rayon sakini F.Abuşov mübahisə zəminində Bakı şəhər sakini olan tanışı K.Mikayılovaya bıçaqla xəsarət yetirdikdən sonra Neftçi Qurban küçəsində inşa edilməkdə olan binanın tikintisində istifadə edilən krana çıxaraq intihara cəhd göstərib.
Cəhdin qarşısı alınıb, F.Abuşov polis əməkdaşları tərəfindən saxlanılaraq 8-ci Polis Bölməsinə gətirilib.
K.Mikayılova hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.