Bakıda sərxoş kişi intihara cəhd etdi
21 aprel 2016 01:00 (UTC +04:00)

Bakıda sərxoş kişi intihara cəhd etdi

0

Bakıda sərxoş kişi intihara cəhd edib.

 

APA-nın məlumatına görə, 1975-ci il təvəllüdlü Quliyev Elçin Arif oğlu  Babək prospekti ilə Yusif Səfərov küçəsini birləşdirən tunelin üstünə çıxaraq, özünü atacağı ilə hədələyib.

 

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və polis əməkdaşları cəlb edilib. İntihara cəhd edən şəxslə psixoloji söhbət aparılıb.

 

Nəticədə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları E.Quliyevi fikrindən daşındırıblar. İntihara cəhd edən şəxs Xətai  Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar