Bakıda saxta pul alverçiləri tutuldu
06 dekabr 2014 14:29 (UTC +04:00)

Bakıda saxta pul alverçiləri tutuldu

0

Bakıda xeyli saxta pul aşkarlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən Astara rayon sakinləri Qadir Kərimov, Anar İbadov və əvvəllər məhkum olunmuş Valeh Babayev şübhəli şəxs qismində saxlanılıblar. Q.Kərimovdan 250.000 rubl saxta əskinas götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, cari il noyabr ayının 23-də 28 May küçəsində yerləşən Standart Banka məxsus valyutadəyişmə məntəqəsinə gəlib orada işləyən Fərid Məmmədova 250.000 rubl saxta əskinas verib 3075 manat almaları da müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar