Bakıda "polis"lər qadına hədə-qorxu gəlib pul tələb etdi
24 dekabr 2014 12:35 (UTC +04:00)

Bakıda "polis"lər qadına hədə-qorxu gəlib pul tələb etdi

0

Paytaxtda özlərini polis əməkdaşı kimi təqdim edən üç nəfər həbs edilib. Daxili İşlər Nazirliyindən (DİN) APA-ya verilən məlumata görə, Yasamal rayonu Əhmədbəyov küçəsi-37 ünvanının qarşısında  özlərini polis əməkdaşı kimi təqdim edən və şəxsiyyəti məlum olmayan üç nəfər Bakı şəhər sakini, Balacaxanım Qafarovaya hədə-qorxu gələrək ondan 80 manat pul alıblar.

 

Hadisəni törədənlərin mülki şəxslər - Bakı şəhər sakinləri Ehsan Şükürov, Əlihüseyn İmanov və Abdulla Fətullayev olduğu məlum olub və onlar saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 245

Oxşar yazılar